Ərdoğan: “Soçidə danışıqların əsas mövzusu Suriya böhranı olacaq”
Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin görüşündə danışıqların əsas mövzusu Suriya böhranının nizamlanması olacaq.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, o cümlədən tərəflər Suriyanın İdlib və Afrin şəhərlərindəki vəziyyəti müzakirə edəcəklər:
“Suriya münaqişəsinin nizamlanması bütün tərəflərin marağındadır”.
Qeyd edək ki, noyabrın 22-də Soçidə Türkiyə, Rusiya və İran dövlət başçıları danışıqlar aparacaq.
Xatırladaq ki, R.T.Ərdoğan noyabrın 13-də Soçidə RF Prezidenti ilə görüşüb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26