Interposta.Info

Afrin dediyimiz an... -

Dünya
 12-02-2018, 20:36     10 384

Afrin dediyimiz an bu millət hər an hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan İstanbuldan Ankaraya döndükdən sonra iqamətgahına gedərkən yolda təkər diski satılan dükanlardan birinə baş çəkib. Orada vətəndaşlarla söhbət edib, söhbət əsnasında vətəndaşların xahişi ilə səhhətində problem yaşayan başqa bir vətəndaşa zəng edib.

Dükan sahibləri Ərdoğana Afrinə getməyə hazır olduqlarını söyləyiblər: "Bizi də apar Afrinə Prezidentim. Hazırıq. Allahın izni ilə canımızı da verərik. Əsgərlərimizə gecə-gündüz dua edirik".

Ərdoğan isə öz növbəsində CHP-nin başqa bir mövqedə olduğunu, xalqın isə Afrin əməliyyatına dəstək olduğunu söyləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26