Interposta.Info

Ərdoğandan Putinə: Əsəd ordusu Afrinə girsə...

Dünya
 19-02-2018, 20:40     10 431

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, liderlər söhbət zamanı Afrin və İdlib məsələlərini müzakirə ediblər.

***

Suriya ordusu Afrinə girərsə, bunun nəticələri olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Putinlə telefon danışığında Ərdoğan bildirib.

Bəşər Əsədə bağlı qüvvələrin Afrinə girməsi üçün YPG ilə razılığın əldə edilməsi barədə yayılan iddiaların Ankara tərəfindən yaxından təqib edildiyini bildirib.

Ərdoğan Putinə Türkiyənin Afrində planlaşdırıldığı şəkildə əməliyyatı həyata keçirməkdə qərarlı olduğunu da bildirib.

Putinin isə Ərdoğanın sözlərini anlayışla qarşıladığı qeyd edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26