Interposta.Info

Ərdoğanın Putinə bu sözlərini unutmaq olmaz -

Dünya
 12-03-2017, 07:28     852

Ərdoğanın Putinə bu sözlərini unutmaq olmaz -

Ərdoğanın Rusiya lideri Vladimir Putinə “Dəyərli dostum” deməsini unutmamaq lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Adalbi Şaqoşev deyib.

“Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın səfəri bunu göstərdi: Artıq əlaqələrimizin düzəlməsi məsələsi geridə qaldı. İndi münasibətlərimizin gələcəyini müzakirə edirik. Moskva və Ankara beynəlxalq terrorizmə qarşı mübarizəyə xüsusi önəm verir. Keçmişə yox, gələcəyə baxmaq lazımdır”, - deputat qeyd edib.

Xatırladaq ki, dünən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüş keçirmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26