"Putinlə Ərdoğanın görüşü ümid vəd edir"

Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın 3 mayda Soçidə keçirəcəkləri görüş siyasi ekspertlərə görə həm Suriyada, həm də ikitərəfli münasibətlərin bərpası baxımından ümid vəd edir.
interposta.info Sputnik-ə istinadən xəbər verir ki,siyasi eksperlərin fikrincə, Suriyanın İdlib şəhərində istifadə edilən kimyəvi qaz və daha sonra ABŞ-ın Şayrata hücumu Putin və Ərdoğan arasında əsas müzakirə məsələsi olacaq.
Ekspertlər hesab edirlər ki, Tərəflərin Suriyada həll məsələsində razılığa gəlmələri və ortaq nöqtələrdə razılaşması Ərdoğanın 16-17 mayda Vaşinqtonda ABŞ lideri Donald Trampla görüşməsinə də Suriya mövzusunda ciddi şəkildə təsir göstərə bilər.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26