Interposta.Info

Putinlə Ərdoğanın görüşündə

Siyasət
 8-03-2017, 07:30     538

Putinlə Ərdoğanın görüşündə

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Suriya ilə bağlı 4 əsas məsələni müzakirə edəcək.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Moskva Dövlət Universitetinin siyasi şərhçisi Kərim Xas çıxış edib.

İki ölkənin əməkdaşlığının digər ölkələrə də təsir edəcəyini deyən K.Xas Rusiya və Türkiyənin kürd qruplarla bağlı fərqli siyasət yürütdüyünü, ancaq Qərb məsələsində eyni mövqedə olduqlarını bildirib.

Suriya ilə bağlı 4 əsas məsələ

"Ərdoğanla Putinin Suriya məsələsində 4 əsas mövzunu müzakirə edəcəyini düşünürəm. Birincisi, Hələbdəki kimi, İdlibdə də Rusiya-Türkiyə əməkdaşlığının davam edib-etməyəcəyi, ikincisi, Astana danışıqlarında yeni tərəflərin qatılması məsələsi var ki, xüsusilə, Moskva ABŞ, Səudiyyə Ərəbistanı və Qətərin bu prosesdə yer almasının tərəfdarıdır. Üçüncüsü, Əl Babdan sonra Türkiyə hökumətinin gündəmə gətirdiyi Menbic və Rakka əməliyyatlarında birgə əməkdaşlıq. Dördüncü məsələ isə PYD və digər kürd qruplarla bağlı aparılan siyasətdə iki ölkə arasındakı fərqli situasiyaları minimuma endirməkdir", - Xas qeyd edib.

Xas bildirib ki, bu 4 məsələ ABŞ Prezidenti Donald Trampın tutacağı mövqeyə görə dəyişə bilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26