Interposta.Info

Tillerson Livanda pərt oldu, kanallar canlı yayımladı

Dünya
 15-02-2018, 18:25     10 327

ABŞ xarici işlər naziri Reks Tillerson Livanda qarşılayan olmayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı nazir uzun müddət Livanın dövlət başçısı Mişel Aunun gəlməsini təkbaşına gözləmək məcburiyyətində qalıb.

Prezident sarayına girişdə də qarşılanmayan nazirin dəqiqələr boyu tək oturması dünya mediasının gündəminə düşüb.

Digər bir tərəfdən görüşün baş tutacağı otaqda Tillersonun qarşısındakı masaya su belə qoyulmaması da diqqətdən yayınmayıb.

Qeyd edək ki, Livan ABŞ-ın ən çox yardım göstərdiyi ölkələr sırasındadır, lakin son zamanlar prezident Aunun ABŞ-ın terror təşkilatları siyahısına saldığı Hizbullahla yaxınlığı iki ölkə arasında gərginliyin yaranmasına səbəb olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26