Interposta.Info

Trampın Tillersonu niyə işdən qovduğu üzə çıxdı

Dünya
 15-03-2018, 10:48     10 408

ABŞ Dövlət katibi Reks Tillerson Şimali Koreya ilə danışıqlarda güzəştə getmək istədiyinə görə istefaya göndərilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik Tillersonun məhz bu mövqeyinə görə ABŞ Prezidenti Donald Trampla fikir ayrılığının yarandığını bildirib:

“Tramp bundan sonra Ağ Ev rəhbəri Con Kelliyə Tillersonun qovulması ilə bağlı məlumat verib. Kelli son ana qədər dövlət katibini müdafiə edib, lakin Trampı fikrindən döndərmək mümkün olmayıb”.

Qeyd edək ki, Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonu dövlət katibi təyin edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26