Interposta.Info

Lavrovla Tillersonun 5 saatlıq görüşü başa çatdı -

Dünya
 12-04-2017, 22:03     533

Moskvada ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında danışıqlar, həmçinin onların birgə işçi lançı başa çatıb.

Axar.az xəbər verir ki, Tillerson ABŞ nümayəndə heyətinin qaldığı otelə qayıdıb. Nümayəndə heyəti üzvlərinin əhatəsində mehmanxanaya daxil olan dövlət katibi foyeyə toplaşmış jurnalistlərlə təmas qurmayıb.

Rusiya XİN-dən bildiriblər ki, işçi lanç da daxil olmaqla nazirlərin danışıqları beş saata yaxın davam edib.

Bir qədər əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Reks Tillerson və Sergey Lavrovun Prezident Vladimir Putin tərəfindən qəbul olunması ehtimalının mövcudluğunu bildirmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26