Pentaqondan Afrin xəbərdarlığı: Diqqət yayınsa...

Türkiyənin Afrin əməliyyatı oradakı mülki vətəndaşların evlərini tərk etməsinə, yeni qaçqın dalğasının yaranmasına və mülki şəxslərin ölümünə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri Pentaqonun Yaxın Şərq üzrə nümayəndəsi Erik Pahon deyib.
“Şiddəti azaltmaq və əməliyyat ərazisini daraltmaq barədə türk həmkarlarımızla məsələ hərtərəfli müzakirə olunur. Burada İŞİD-lə mübarizədə diqqətlərin başqa istiqamətə yönəlməsi təhlükəsi mövcuddur. Biz İŞİD-ə qarşı mübarizə aparan elementlərlə əməkdaşlıq edirik. Bu elementlər diqqətlərini İŞİD-lə mübarizədən yayındırsalar, bizim orada onlara nəzarət edən adamlarımız var. Belə bir vəziyyətdə dəstəyimizi dayandırmağı düşünə bilərik”, - Pahon bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26