Interposta.Info

Abadi: İŞİD-lə müharibə bitdi, ancaq...

Dünya
 7-04-2018, 21:30     10 363

Ölkədə terrorla mübarizə hərbi olaraq bitib, amma yatan hüceyrələr və İŞİD ideologiyası təhlükəsi hələ də davam edir. Buna görə hər kəsə xəbərdarlıq edirəm.

Axar.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi deyib. O bildirib ki, İŞİD-lə mübarizə planlaşdırılan vaxtdan da tez bitib:

“İŞİD-lə qurudan müharibəmiz bitdi. Bütün ölkə torpaqlarını xilas etdik və Suriya sərhədinə qədər gedərək orada da nəzarəti əldə etdik. Bəzi ölkələr İŞİD-lə mübarizəmizin uzun çəkəcəyini düşünürdü. İranlı rəsmilər mənə İŞİD-lə müharibənin 10 ilə qədər davam edə biləcəyini söyləmişdi. Ancaq biz bunu qısa müddətdə həll etdik”.

Keçmiş baz nazir Nuri əl-Maliki dövründə vəzifədən sui-istifadə hallarının çox olduğunu xatırladan Heydər Abadi ölkədə korrupsiya ilə mübarizə aparıldığını bildirib:

“Korrupsiyaya görə, bəzilərini həbs edə bilərik. Ancaq indi bunu etsək, seçki təbliğatı kimi başa düşülə bilər. Amma hər kəsdən də bunun hesabını soruşacağıq. Böyük dəyişiklikdə xalqın yanımızda olmasını istəyirik”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26