"İŞİD-dən sonra bu qüvvələri məhv edəcəyik"

İŞİD-in məhvindən sonra əcnəbi hərbçilər İraqda qalarsa, həmin qüvvələrə qarşı silahlı mübarizə aparacağıq.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İraqda Sədr hərəkatının lideri Müktəda əs-Sədrin hərbi müşaviri Əbu Dua İsavi çıxış edib.
“İraqda yerləşdirilən əcnəbi qüvvələr İŞİD-lə mübarizəyə dəstək vermək üçün çağırılıb. İŞİD-dən sonra sözügedən hərbi qüvvələr İraqda qalarsa, onlara qarşı mübarizə aparacağıq”, - İsavi bildirib.
Hərəkat nümayəndəsi onu da əlavə edib ki, hökumətə qarşı nümayişlər davam etdiriləcək.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26