Interposta.Info

İraqda öldürülən azərbaycanlı İŞİD-çilərin pasportları -

Müxtəlif
 9-09-2017, 13:51     10 512

İraqın İŞİD-dən azad edilmiş Təlafər şəhərində öldürülən azərbaycanlı terrorçuların pasportlarını əks etdirən fotolar yayılıb.

Musavat.com-un eastnews.org-a istinadən verdiyi xəbərə görə, cərgə ilə düzülmüş fotolarda şəxsiyyət vəsiqələri ilə birgə xarici vətəndaş pasportlarının da olduğu görünür. 30-a yaxın İŞİD-çinin sənədinin əks olunduğu fotolarda bəzilərinin adlarının oxunması çətin olsa da anadan olduqları yerlərin - Qubadlı, Sumqayıt, Oğuz, Ağdam və Xaçmaz şəhərlərinin adlarını oxumaq mümkündür.

Xatırladaq ki, İraqın təhlükəsizlik qüvvələri Təlafər şəhərinin azad olunması zamanı 2000-dən çox İŞİD silahlısını məhv edib. Bu barədə İraq ordusunun bəyanatında bildirilir.

interposta.info
İraqda öldürülən azərbaycanlı İŞİD-çilərin pasportları -
İraqda öldürülən azərbaycanlı İŞİD-çilərin pasportları -
İraqda öldürülən azərbaycanlı İŞİD-çilərin pasportları -
İraqda öldürülən azərbaycanlı İŞİD-çilərin pasportları -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26