Bağdadinin olduğu toplantı vuruldu -

İŞİD lideri Əbubəkr Bağdadinin iştirak etdiyi toplantı İraq Hərbi Hava Qüvvələri tərəfindən hədəf alınıb.
Axar.az xəbər verir ki, sözügedən toplantının İraqın Ənbar vilayətində keçirildiyi bildirilib.
Aviazərbələr zamanı 64 İŞİD-çinin məhv edildiyi açıqlanıb.
Öldürülənlər arasında Bağdadinin olub-olmaması bəlli deyil.
Qeyd edək ki, həmin toplantı İŞİD-in Mosuldakı uğursuzluqlarının təhlili və yeni xəlifənin təyin edilməsi ilə bağlı təşkil edilmişdi.
Xatırladaq ki, dünən yayılan məlumatlarda Bağdadinin ağır yaralandığı iddia edilmişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26