Interposta.Info

İŞİD Bağdadiyə ağlayan təbliğatçısını diri-diri yandırdı

Dünya
 3-07-2017, 15:02     884

Cümə xütbəsində İŞİD lideri Əbubəkr Bağdadinin adını zikr edərkən göz yaşları axıdan İŞİD-in baş təbliğatçısı Əbu Kuteybe edam edilib.

Axar.az xəbər verir ki, “Əl-Sumariya” bu haqda məlumat yayıb. Mosulda bir mənbə Əbu Kuteybənin “üsyana təşviq” səbəbindən həbs olunduğunu bildirib.

Telafərdə həbs olunan Əbu Kuteybə daha sonra diri-diri yandırılaraq edam edilib. Bu hadisə Bağdadinin Rusiyanın hücumunda ölməsi barədə ehtimalı gücləndirib.

Məlumatda Bağdadinin öldüyünü söyləyənlərin də digər təşkilat üzvlərinin gözləri qarşısında yandırılmasına qərar verildiyi bildirib.

Qeyd edək ki, Rusiyanın 28 mayda Rakkaya endirdiyi aviazərbələr nəticəsində Bağdadinin ölümü haqqında informasiya yayılmışdı. Rusiya Xarici İşlər Nazirliyi faktın araşdırıldığını bildirmişdi.

İran dövlət televiziyası isə İŞİD lideri Bağdadinin öldüyünü təsdiqləyən fotolar yaymışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26