İran dövlət televiziyası Bağdadinin ölüsünün fotolarını yaydı
Az əvvəl İranın Dövlət Radio və Televiziyası özünün internet saytında İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ölüsünün fotolarını yayıb. Bununla da televiziya Bağdadinin ötən ay mayın 25-də Rusiya Hava-Kosmik Qüvvələrinin endirdiyi zərbələr nəticəsində məhv edildiyini təsdiqləyib.
Virtualaz.org TASS-a istinadən xəbər verir ki, İran televiziyası dünyanın ən qəddar, mənfur terror təşkilatının ölüsünün iki fotosunu və müqayisə üçün onun sağ ikən çəkilmiş fotosunu yayıb.![]()
Bundan əvvəl bəzi informasiya mənbələri ayətullah Əli Xomneyinin “Əl-Qüds” xüsusi təyinatlı briqadasındakı nümayəndəsi Əli Şiraziyə istinadən əl-Bağdadinin öldürüldüyünü təsdiqləmişdi. Bağdadinin ölümü haqda məlumatı iyunun ortalarında Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumatda deyilirdi ki, mayın sonlarında Suriyada endirilən hava zərbələri nəticəsində İŞİD lideri də daxil olmaqla 300-ə qədər terrorçunun öldürüldüyünə dair ilkin məlumatlar var. Lakin Rusiya Bağdadinin məhv edildiyini əminliklə təsdiqləməkdən çəkinmişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

