Interposta.Info

84 nəfərin öldüyü dəhşətli teraktdan – Fotolar/23+

Dünya
 16-09-2017, 10:34     10 413

Ötən gün İraqın Nasiriyə şəhərində polis məntəqəsinə və restorana təşkil edilən dəhşətli terror aktında ölənlərin sayı 84 nəfərə çatıb.

Qeyd edək ki, terrorçular əvvəlcə restorana daxil olaraq insanlara atəş açmışdı. Polis məntəqəsinə təşkil edilən silahlı hücumun ardınca isə 2 terakt həyata keçirilmişdi. Terrorçular əvvəlcə bomba yüklənmiş avtomobili partlatmış, daha sonra üzərinə bomba bağlayan kamikadze partlayıcını işə salmışdı.

Ölənlərin əksəriyyətinin iranlı şiə zəvvarlar olduğu bildirilirdi.

Teraktın məsuliyyətini İŞİD öz üzərinə götürüb.

interposta.info xəbər verir ki, İraq Jurnalistlər Birliyinin üzvü Murttda Fayslın Axar.az-a göndərdiyi terakt dəhşətini əks etdirən fotoları təqdim edirik:

84 nəfərin öldüyü dəhşətli teraktdan – Fotolar/23+
84 nəfərin öldüyü dəhşətli teraktdan – Fotolar/23+

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26