Interposta.Info

Barselonada dəhşətli terakt:

Dünya
 17-08-2017, 22:26     10 463

Son məlumata görə, baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 13-ə çatıb. Hadisə nəticəsində yaralananların isə 20-dən artıq olduğu deyilir.

Polisin verdiyi məlumata görə, hadisəni törədən terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

****

İspaniyanın turistik bölgəsi olan Barselonada kimliyi bəlli olmayan şəxs idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.

Musavat.com-un verdiyi məlumata görə, nəticədə 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

Məlumata görə, mikroavtobusu idarə edən və onunla birgə olduğu deyilən şəxs hadisə yerindən qaçmağa nail olub.

Başqa bir məlumata görə, hadisəni törədən və silahlı olduğu deyilən şəxslər yaxınlıqda yerləşən restoranı da atəşə tutublar. Hazırda ərazidə bütün metro və qatar stansiyalarının giriş-çıxışları qapadılıb. Bölgədə əməliyyatlar keçirilir.

Bölgə polisi hadisəni terror aktı kimi qiymətləndirib. Teraktın hansı qruplaşma tərəfindən törədildiyi isə hələlik bəlli deyil.

***

İspaniyanın Barselona şəhərində terrorçu ağ mikroavtobusu izdihamın üzərinə sürüb. Təhlükəsizlik qüvvələri səsgücləndirici ilə anons edərək vətəndaşları hadisə yerindən uzaq durmağa səsləyir. Bölgədəki bütün merto və digər ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Barselona polisindən verilən açıqlamaya görə, terrorçu bir bara girib və həmin bar polislər tərəfindən mühasirəyə alınıb.

interposta.info
Barselonada dəhşətli terakt:
Barselonada dəhşətli terakt:
Barselonada dəhşətli terakt:
Barselonada dəhşətli terakt:
Barselonada dəhşətli terakt:
Barselonada dəhşətli terakt:
Barselonada dəhşətli terakt:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26