Interposta.Info

Barselona terrorçusu belə yaxalandı -

Dünya
 18-08-2017, 07:30     10 377

İspaniyanın Barselona şəhərinin Ramblas bölgəsində naməlum şəxs mikroavtobusu yol kənarında dayanan insanların üzərinə sürüb.

Axar.az xəbər verir ki, hadisə zamanı bir neçə nəfər yaralanıb.

Olayın terrorla əlaqəsinin olub-olmaması məlum deyil.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

***

20:57

İspaniya mətbuatında hadisə nəticəsində ən azı 13 nəfər öldüyü, 20 nəfərin isə yaralandığı deyilir.

Olayı törədən şəxsin klublardan birində polis tərəfindən əhatəyə alındığı bildirilib.

Hadisənin terror məqsədilə törədildiyi qeyd edilib.

Bundan əlavə, “Röyter” agentliyi iki silahlı şəxsin türk restoranında xeyli şəxsi girov götürməsi barədə məlumat yayıb.

***

22:10

Hadisə yerində terrorçuya aid olduğu ehtimal edilən passport tapılıb.

Sənəddə onun Dris Oukabir adlı Mərakeş əsilli İspaniya vətəndaşı olduğu qeyd edilib.

Bundan əlavə, polis əməkdaşları “La Luna de Estambul” adlı türk restoranında insanları girov götürən 2 terrorçu ilə danışıqlara başlayıb.

Digər tərəfdən, Barselonada terrorçulardan birinə aid olduğu ehtimal edilən digər mikroavtobus da tapılıb.

***

Terror olayında əli olduğu ehtimal edilən şübhəli şəxslərdən biri saxlanılıb.

Kimliyi bəlli olmayanın şəxsin polis tərəfindən avtomobilə tərəf aparılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

interposta.info

Barselona terrorçusu belə yaxalandı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26