Interposta.Info

Köln vağzalında qadını girov götürmüş şəxs zərərsizləşdirilib -

Dünya
 15-10-2018, 19:33     10 367

Almaniyanın Köln şəhərində vağzalda qadını girov götürmüş cinayətkar zərərsizləşdirilib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə polisdən bildiriblər.

Qeyd olunur ki, azad olunan qadına yardım göstərilir.

Hadisə mərkəzi vağzaldakı aptekdə baş verib. Polis qadını girov götürən kişi ilə danışıq aparıb. Onun hadisəni hansı səbəbdən törətdiyi məlum deyil.

***

Almaniyanın Köln şəhərində mərkəzi vağzalda naməlum şəxs və ya şəxslər bir neçə nəfəri girov götürüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli polis idarəsi yayıb.

Breslauerplats meydanı zonasında girov götürülənlərdən birinin qadın olduğu bildirilib.

Hadisə yerinə polis qüvvələri cəlb edilib.

Əlavə məlumat verilməyib.

interposta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26