Interposta.Info

Braziliyada naməlum şəxs barda 5 nəfəri girov götürüb

Ölkə
 30-11-2019, 09:23     390

Braziliyanın Rio-de-Janeyro şəhərinin mərkəzində yerləşən barlardan birində naməlum şəxs beş nəfəri girov götürüb.

APA “G1” xəbər portalına istinadən xəbər verir ki, hadisə yerinə xüsusi təyinatlılar cəlb edilib.

Obyektin yerləşdiyi küçə polis tərəfindən mühasirəyə alınıb. Girovları azad etmək üçün danışıqlar aparılıb. Hadisənin hansı səbədə baş verməsi, o cümlədən zərərçəkənlər barədə məlumat verilməyib.

İlkin məlumata görə, naməlum şəxsin bıçaqla və ya "Molotov" kokteyli ilə silahlandığı ehtimal edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26