Interposta.Info

BMT terrorçuları həvəsləndirir –

Dünya
 4-08-2017, 19:10     10 300

BMT Təhlükəsizlik Şurasında ABŞ, İngiltərə, Fransa və Ukrayna nümayəndələri bir ay ərzində 3 dəfə Dəməşqdə Rusiya səfirliyinin atəşə tutulması ilə bağlı qınaq xarakterli çağırış etməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN bəyanat yayıb.

Rusiya tərəfi həmin ölkələri rus diplomatik nümayəndəliklərinə terror hücumları ilə bağlı mətbuata standart formalı, qınaq xaralterli, qısa bəyanat vermək təklifini qəbul etməməkdə günahlandırıb.

Bəyanatda qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası bu cür mövqe nümayiş etdirməklə terrorçuları həvəsləndirir və onlara cəzalandırılmayacaqlarını hiss etməyə imkan yaradır.

Xatırladaq ki, bir qədər əvvəl Suriyanın paytaxtı Dəməşqdə Rusiya səfirliyi atəşə tutulmuşdu.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26