Interposta.Info

Ukrayna XİN-dən müharibə ilə bağlı -

Dünya
 1-02-2017, 18:15     538

Ukrayna XİN-dən müharibə ilə bağlı -

Ukrayna XİN Donbas regionunda vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanat yayıb.

Ukraynanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

"XİN məsələ ilə bağlı dərin narahatlıq keçirir. Son günlər Rusiya işğalçı qüvvələri bütün silah növlərindən, o cümlədən Minsk razılaşmalarına görə, istifadəsinə qadağa qoyulan “Qrad” reaktiv yaylım atəşi sistemindən, 152 və 155 mm kalibrli artilleriya qurğularından, 120 və 82 mm kalibrli minaatanlardan, tanklar və atıcı silahlardan istifadə edib. Nəticədə 8 ukraynalı hərbçi ölüb, 26-sı xəsarət alıb. Yaşayın məntəqələrinin atəşə tutulmasına görə iki dinc sakin yaralanıb. Avdeyevka və Yasinovataya şəhərlərinin təchizatı tamamilə dayandırılıb. Regionda yaşayan 400 mindən çox sakin su və elektriksiz qalıb”.

Bəyanatda qeyd olunur ki, pis hava şəraiti və silahlıların davamlı atəşi nəticəsində regionda humanitar vəziyyət pisləşir:
“Kremlin bu hərəkətləri hərbi cinayət, 12 avqust 1949 il Cenevrə konvensiyasının kobud pozulması, hərbi zərurət olmadan əmlakın qanunsuz və səbəbsiz məhvi kimi qiymətləndirilməlidir. Aydındır ki, Donbasda hazırkı gərginlik Rusiya Federasiyasının Minsk razılaşmaları çərçivəsində üzərinə götürdüyü öhdəliklərə məhəl qoymur. Məqsəd vəziyyətin sabitləşməsinə, təhlükəsizlik və humanitar sahədə hər hansı irəliləyişin əldə olunmasına imkan verməməkdir. Bununla əlaqədar olaraq Ukrayna XİN Rusiya Federasiyasından döyüşləri dərhal dayandırmağı və atəşkəs rejiminə riayət etməyi tələb edir. Ukrayna XİN beynəlxalq təşkilatlara müraciət edərək, Donbasda təhlükəli eskalasiyanı dayandırmaq və regionda humanitar faciədən qaçmaq üçün rəsmi Kremlə siyasi-diplomatik təzyiqi artırmağı xahiş edir“.

interposta.info

Ukrayna XİN-dən müharibə ilə bağlı -
Ukrayna XİN-dən müharibə ilə bağlı -
Ukrayna XİN-dən müharibə ilə bağlı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26