Interposta.Info

Ermənilər Alxanlını atəşə tutdu: 2 dinc sakin öldü, yaralılar var

Gündəm
 5-07-2017, 00:13     880

Bir qədər əvvəl Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin ciddi təxribatı qeydə alınıb.

"Qaynarinfo" xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin birləşmələri tərəfindən həyata keçirilən təxribatlar nəticəsində Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və iriçaplı silahlardan atəşə tutulub. Nəticədə bu dəqiqəyə olan məlumata görə, kəndin 2 dinc sakini həyatını itirib, yaralılar var.

Kəndin təsərrüfat sahələrinə xeyli ziyan dəyib, sakinlərin evləri dağıdılıb. Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.

Əlavə məlumat veriləcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26