Interposta.Info

MN:

Ölkə
 6-07-2017, 22:05     710

İyulun 6-da Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu və Füzuli rayonunun İcra Hakimiyyəti tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin (KİV) Ermənistan silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində iki dinc kənd sakininin həlak olduğu Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bu ərazidə Azərbaycan Silahlı Qüvvələri bölmələrinin qərargahının və atəş nöqtələrinin olmadığını sübut edən dəlillər onlara yerində təqdim olunub.

"Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, hərbi attaşelər və KİV nümayəndələri kənd ərazisində Silahlı Qüvvələrin bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığına yerində əmin olublar.

Bu fakt bir daha təsdiq edir ki, Ermənistan silahlı bölmələrinin əsas hədəfi dinc Azərbaycan əhalisi olub. Ermənistan tərəfinin kənd ərazisində guya hərbi bölmələrimizin olması barədə yaydığı məlumat dezinformasiya və yalandır", - deyə MN-dən bildirilib.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26