Interposta.Info

PKK/PYD terrorçuları:

Dünya
 22-01-2018, 16:17     10 390

İngiltərə mətbuatına açıqlama verən PKK/PYD-nin liderlərindən olan Sipan Hemo adlı terrorçu, Rusiya Baş Qərargahının ona “Türkiyə sərhəd təhlükəsizliyini müdafiə etmək hüququna malikdir” – dediyini söyləyib.

Avropa.info xəbər verir ki, Londonda dərc olunan “Şark əl Awsat” qəzetinə danışan Sipan Hemo “Rusiya Türkiyənin Afrinə daxil olmasına icazə verərək, Rojavaya xəyanət etdi” deyib.

“Bizim artıq Rusiyaya ehtiyacımız yoxdur. Dəməşq hökuməti ilə danışıqlarda Rusiyanın vasitəçiliyinə ehtiyacımız yoxdur. Birbaşa ünsiyyətimiz var. Dəməşq hökuməti bizə hər cür dəstək sözü verib, lakin rusların buna imkan vermədiyini deyirlər” deyə terrorçu qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26