Çavuşoğludan Afrin açıqlaması: Avropa ikiüzlülük etdi
Rusiyadan terrorçu Mihraç Uralın ekstradisiyasını tələb etmişik.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.
“Rusiyanın bizə verdiyi siyahıda bu terrorçu yox idi. Reaksiyamızı ortaya qoyduq, izahat tələb etdik. Rusiyadan həbs edilməsini və Türkiyəyə ekstradisiyasını istədik. Bu adam qırmızı bülletenlə axtarılan biridir. Bununla birbaşa Putin maraqlanır”, - deyə o bildirib.
Nazir həmçinin Türkiyənin Afrinlə bağlı heç kimə hesabat vermək fikrinin olmadığını deyib:
“Afrinlə bağlı Fransa və ya hansısa başqa ölkə bizə dərs verə bilməz. Məqsədin nə olduğunu yaxşı bilirlər. Avropalıların bu cür ikiüzlülüyü var. Onlar danışıqlarda “haqlısınız” deyirlər, amma sonradan başqa açıqlamalar verirlər. Biz Fransa deyilik ki, gedib Əlcəzairi işğal edək. Afrikada Fransanın etdikləri ortadadır. Hamısını bilirik. Yəni onların bizə nədəsə xatırlatma etmələrini özümüzə təhqir sayarıq. Ona görə ki, biz müdafiə haqqımızdan istifadə edirik”.
Qeyd edək ki, ən təhlükəli terrorçulardan hesab edilən Mihraç Ural THKP-C “Acilcilər” adlı terror qruplaşmasının rəhbəridir. O, Hatay vilayətində 52 nəfərin ölümü ilə nəticələnən terror aktının təşkilində şübhəli bilinir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26