Interposta.Info

İranlı qızlar kef edərkən yaxalandılar -

Dünya
 1-06-2017, 11:45     1 466

İranın Gülüstan əyalətinin mərkəzi olan Qorqan şəhərində qədimsayağı bir çayxanada toplaşaraq birlikdə şən anlar keçirən daha 15 qız və oğlan tutulub.

Axar.az-ın məlumatına görə, bu barədə Qorqanın inqilab prokuroru Mustafa Həqqi jurnalistlərə açıqlamasında məlumat verib. Mustafa Həqqi bildirib ki, çayxanaya toplaşanlardan 8-i kişi, 7-si isə qadın olub:

“Onlar alkoqollu içkilər içərək qarışıq şəkildə birgə rəqs edərkən tutulublar. Tutulanlardan 5-nin tam sərxoş olduğu artıq təsdiqlənib. Saxlanılanların hər birinə hazırda Qorqan prokurorluğunda cinayət işi açılıb və onlar dindirilirlər”.

Qorqan prokuroru gənc qız və oğlanların tutulduğu dəqiq tarixi mediaya açıqlamayıb.

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda həbs edilənlərin sayı 1500-ə yaxındır.

interposta.info
İranlı qızlar kef edərkən yaxalandılar -
İranlı qızlar kef edərkən yaxalandılar -
İranlı qızlar kef edərkən yaxalandılar -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26