Interposta.Info

121 qız və oğlan həbs edildi -

Ölkə
 17-03-2017, 09:30     975

121 qız və oğlan həbs edildi -

İranda gecə klubuna gələn 121 qız və oğlan həbs olunub.

Bu barədə Tehranın Pərdis məntəqəsinin prokuroru Heydər Fəttahi məlumat verib.


Onun sözlərinə görə, əməliyyat "Sepah” və hüquq-mühafizə orqanları ilə birgə keçirilib: Prokuror bildirib ki, "Sepah” və hüquq-mühafizə qüvvələri Pərdis məntəqəsindəki evlərdən birində gənc qız və oğlanların bir araya gəlib birlikdə əylənməsi haqda məlumat alan kimi həmin evdə birgə əməliyyat keçiriblər: "Əməliyyat nəticəsində musiqi səsləndirərək, birlikdə rəqs edən və alkoqollu içkilərdən istifadə edən 121 qız və oğlan tutulub. Tutulanlar sosial şəbəkələr vasitəsilə bir-biri ilə tanış olaraq bu kampaniyaya dəvət olunublar. Evdə yoxlama aparılıb, 20 litrdən artıq alkoqullu içkilər aşkarlanaraq götürülüb”. /Unikal.org

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26