Interposta.Info

DTX-dən əməliyyat: Ağstafanın icra başçısı və müavini həbs edildi

Manşet / Ölkə
 19-12-2019, 14:21     682

Azərbaycanda Rayon İcra Hakimiyyətinin (RİH) başçısı tutulub.

APA-nın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Ağstafa RİH başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov saxlanılıb. Onların ötən gecə saxlanılaraq Bakıya gətirildiyi, evlərində axtarış aparıldığı bildirilir.

RİH-nin digər işçilərinin ifadələrinin alındığı barədə də məlumatlar var. Quliyevin və müavinin külli miqdarda rüşvətə görə saxlanıldığı bildirilsə də, hələlik dəqiq məlumat verilmir. Əməliyyat barədə rəsmi orqanlar heç bir açıqlama yaymayıb.

Qeyd edək ki, “Bakupost” saytı Azərbaycanda hüquq-mühafizə orqanları əməkdaşlarının rayon İcra Hakimiyyəti başçılarından birini iş başında həbs etdiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, icra başçısı ilə yanaşı, onun müavini də saxlanılıb.

İnterPosta.info

DTX-dən əməliyyat: Ağstafanın icra başçısı və müavini həbs edildi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26