Interposta.Info

Ağstafa icra başçısının qadın müavini də saxlanıldı və Bakıya gətirildi

Ölkə
 19-12-2019, 16:54     698

Bu gün həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini saxlanılıb.

Bakupost.az xəbər verir ki, humanitar məsələlər üzrə müavini Lalə Eyyubova bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.

Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26