Interposta.Info

“Britaniya hakimiyyəti terror aktına heç təəccüblənmədi” - Qərb mətbuatı

Dünya
 24-05-2017, 14:53     460

Xəbər verildiyi kimi dünən Böyük Britaniyanın Manşester şəhərində, “Mançester-Arena” idman kompleksi yaxınlığında törədilən partlayış 22 nəfərin həyaıtna son qoyub, 60 insan yaralanıb.

Musavat.com Qərb mətbuatında hadisə ilə bağlı ilkin rəy və fikirləri təqdim edir.

Britaniyanın "The Independent" qəzeti britaniyalıların terror aktına soyuqqanlı reaksiyasına diqqət çəkib. Qəzetin yazdığına görə, partlayışın populyar müğənni Ariana Qrandenin konsertinin keçirildiyi arena yaxınlığında baş verməsi səbəbindən əsas tələfat gənc yaşlı insanlar arasında olub.

“Dəfələrlə terrorçuların əsas məqsədinin əhalidə qorxu əhval-ruhiyyəsi yaratmaq olduğu deyilib. Mançester və onun xalqı partlayışın baş verdiyi yerdə əsl əzmkarlıq göstərdilər. Taksilər insanları pulsuz evlərinə aparıb, otellər öz nömrələrini zərərçəkənlər üçün açıb. Əgər terror aktını törədən şəxsin qarşısında inasanların sadə yaşam tərzini məhv etmək vəzifəsi qoyulubsa, buna yönəlik ən gözəl cavab, həmin hədəfin tutmasına icazə verməmək, yəni həyatı öz axarı ilə davam etdirmək olardı”, - məqalədə yazılıb.

“Biz adi adamlarıq, qeyri-insani gücə sahib deyilik. Lakin bizlər özümüzün terrorizə edilməmizə, həyatımızın durmasına icazə verməməliyik. Bunun üçün də Ariana Qrande kimi konsertlərə bilet almaqda davam etməliyik, siyasi fəallığımızı artırmalıyıq”, - yazıda vurğulanır.
“Britaniya hakimiyyəti terror aktına heç təəccüblənmədi” - Qərb mətbuatı


Avstraliyanın "Sunshine Coast Daily" qəzeti də eyni məzmunda çıxış edib: “Mançesterdəki mənzərə necə kövrək bir dünyada yaşadığımızı göstərir. Bu baş nazir Malkolm Ternburun (Avstraliyanın-red.) dediyi kimi günahsızlığa qarşı törədilən aktdır. Lakin biz həddən artıq məhdudlaşdırıcı tədbirlərin tətbiq olunmaması üçün hadisəyə fövqaladə reaksiya verə bilmərik. Çünki bunu ilk öncə terror aktını həyata keçirənlər istəyir”, - məqalədə yazılıb.

ABŞ-ın The New York Times qəzeti isə Britaniya hakimiyyətinin hadisəyə təəccüblü bir biçimdə sakit reaksiya verdiyinə diqqət çəkir.

Qəzetin fikrincə, Britaniya xüsusi xidmtət orqanları əslində terror aktının baş vermə ehtimalını onsuz da əvvəldən güman edib. Qəzet bununla bağlı olaraq İraq və Suriyada vuruşan radikal cihadçı və həm də Britaniya vətəndaşı olan gənclərin ölkəyə geri dönməsinin olduqca təhlükəli vaqiə olduğunu vurğulayıb.

Britaniyanın The Times qəzeti də terror hadisəsinin insanlar içərisində yaratdığı qorxudan yazıb. Lakin qəzet bu cür aktların Əl-Qaidə və İŞİD kimi təşkilatların ölümqabağı son çırpınışları kimi təsvir edib:

“İŞİD və onun xilafaətinin sayılı günləri qalıb. Onun məğlubiyyəti hərbi cəhətdən qaçılmazdır. Lakin İŞİD-in ölümqabağı qəzəbli ölüm çırpınışları və onun döyüş meydanlarından qaçan silahlıları təxmin edilə bilməyən və görünməz bir təhdidə çevrilib”, - məqalədə qeyd olunur.

Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzeti isə son teraktın ən çox mühafizəkarlara yarayacağını düşünür.

“İmmiqrasiya və terror təhlükəsi arasında bağlantıları ən yaxşı mühafizəkarlar özlərinə məsxius və sərfəli şəkildə təqdim edə bilərlər. Onlar leyboristlərdən və liberal-demokratlardan fərqli olaraq miqrasiya axınını durdurmağı və onu 100 min nəfərə qədər hüdudlandırmağı qarşılarına məqsəd qoyublar”, - qəzet yazır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26