Qvardiolanın ailə üzvləri partlayış zamanı

İngiltərədə amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən partlayış zamanı “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiolanın həyat yoldaşı və 2 qızı da “Mançester Arena”da olublar.
Apasport.az saytı xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo Deportivo” nəşri məlumat yayıb.
Bildirilir ki, Qvardiolanın ailə üzvləri xəsarət almayıblar.
Bundan öncə isə mütəxəssisin özü 22 nəfərin öldüyü partlayışdan sonra şokda olduğunu açıqlamışdı.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26