Interposta.Info

Polis Mançesterin cənubunda xüsusi əməliyyat keçirir

Dünya
 23-05-2017, 18:49     471

Mançesterin cənubunda yerləşən binaların birində ağır silahlı polis xüsusi əməliyyat keçirir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Felloufild bölgəsində binaya daxil olmaq üçün nəzarət edilən partlayış həyata keçirib.

Qeyd edək ki, daha əvvəl Mançester polisi stadionda törədilən terror hücumunun istintaqı çərçivəsində 23 yaşlı kişini həbs etdiklərini təsdiqləyib.
Xatırladaq ki, dünən amerikalı müğənni Ariana Qrandenin konsertinin keçirildiyi "Mançester Arena" kompleksində terror aktı törədilib. Mançester polis partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib. Son məlumatlara görə, hadisə nəticəsində 22 nəfər həlak olub, 59 nəfər yaralanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26