Interposta.Info

İngiltərədə stadionda partlayış:

Dünya
 23-05-2017, 11:13     520

İngiltərənin Mançester şəhərində törədilən terror aktı nəticəsində xəstəxanalara 59 nəfər yerləşdirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda şəhərin 6 tibb müəssisəsində yaralılara yardım göstərilir. Yüngül yaralananlara hadisə yerində tibbi yardım göstərilib.

İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 19 nəfər ölüb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.
****
saat:03:23
***
İngiltərənin Mançester şəhərində stadionda iki partlayışın baş verdiyi ehtimal edilir.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, insident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb.

Partlayışlardan sonra stadionda təşviş yaranıb, insanlar stadionu tərk etməyə cəhd ediblər. Hazırda polis insidentin detallarını araşdırır. Hadisə ilə əlaqədar hələ ki, rəsmi məlumat verilmir.

Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik “Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.
***
İngiltərənin Mançester şəhərində stadionda baş verən partlayış nəticəsində ölən və yaralananlar var.

APA-nın xəbərinə görə, bu barədə Mançester polisinin “Tvitter” səhifəsində bildirilir.

“Hadisə nəticəsində ölən və yaralananlar var”, məlumatda deyilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
***
Musavat.com-un məlumatına görə, hadisə yerinə çox sayda polisin və tibbi yardım maşınlarının gəldiyi bildirilib. İngiltərə mətbuatına danışan bir hadisə şahidi müğənninin son mahnısını səsləndirdikdən sonra partlayış səslərini eşitdiyini bildirib.

O, deyib: “Tək xatırladığım hər kəsin qaçaraq oradan uzaqlaşmağa çalışması idi. İnsanlar qan içindəydi”.
***
Hadisə ilə bağlı açıqlama verən polis ölənlərin olduğunu təsdiqləsə də, neçə nəfərin öldüyü barədə məlumat verməyib. Polis sakinlərə "Mançester Arena"ya yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
***
İngiltərə mətbuatı partlayış nəticəsində azı 20 nəfərin öldüyünü bildirib. Ölənlərin çoxunun 13-18 yaş aralığında olduğu qeyd edilir.
***
Partlayışın baş verdiyi "Mançester Arena"nın yaxınlığındakı bütün yollar bağlanıb. Arenanın yaxınlığında yerləşən "Viktoriya" dəmiryol stansiyasında təhlükəsizlik səbəbindən səfərlər təxirə salınıb. Hadisənin terror aktı olması istisna edilmir.
***
Ariana Qrandenin meneceri bildirib ki, partlayış nəticəsində Ariana Qrande və konsertə mahnı ifa etməyə gələn digər müğınnilər xəsarət almayıb.
***
Polis mənbələri partlayışın terror aktı olduğunu və kamikadze tərəfindən törədildiyini bildirib. Mançester polisinin verdiyi açıqlamaya görə, hadisədə 19 nəfər ölüb, 50 nəfərdən çox adam yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.
***
İngiltərənin baş naziri Tereza Mey partlayışın terror aktı olduğunu bildirib və səhər saatlarında fövqaladə iclas keçiriləcəyini deyib. “Bu, dəhşətli bir terror hücumudur. Qəlbimiz həyatını və yaxınlarını itirənlərin yanındadır”, -deyə o, qeyd edib.
***
Partlayışdan sonra minlərlə Mançester sakini evlərinin qapısını konsert üçün bu şəhərə gələnlərə açıb. Bunun üçün twitter sosial şəbəkəsində #RoomforManchester (Mançester üçün otaq) həştağı açılıb.

Mançester polisinin verdiyi açıqlamaya görə, partlayışlar konsert bitdikdən dərhal sonra, yerli vaxtla saat 22:30-da arenanın çıxış qapısında, hər kəsin stadiondan çıxmağa çalışdığı vaxtda meydana gəlib. "Reuters"ə açıqlama verən ABŞ mütəxəssisləri hadisənin kamikadze hücumuna bənzədiyini bildiriblər.

Bundan başqa, stadionun yaxınlığındakı kilsənin həyətində isə şübhəli bağlama tapılıb. Bağlama polis nəzarəti altında partladılıb.
***
Qeyd edək ki, İngiltərədə son terror aktı mart ayında paytaxt Londonda baş vermişdi. İŞİD terror təşkilatının üzvü Xalid Məsud ciplə Vestminster körpüsündə piyadaların üstündən keçmişdi. Onun maşını parlamentin hasarına dəyərək dayanmışdı. Daha sonra parlament binasına girməyə cəhd edən terrorçu güllələnmişdi. Hadisə nəticəsində biri polis olmaqla 4 nəfər həyatını itirmişdi.
***
Hazırda İngiltərənin Daxili İşlər Nazirliyində fövqaladə toplantı keçirildiyi bildirilir.
***
Mançester bələdiyyəsinin sədri Endi Burnham twitter sosial şəbəkəsində bunları yazıb: “Qəlbim yaxınlarını itirənlərlə birlikdədir. Möhtəşəm şəhərimiz üçün qorxunc gecə idi”.

Daha bir açıqlama isə “Mançester arena”nın rəhbərliyindən gəlib. Açıqlamada konsertdən sonra baş verən partlayışın stadionun ərazisində deyil, çölündə meydana gəldiyi bildirilib.
***
ABŞ-ın Londondakı səfirliyi İngiltərədə yaşayan amerikalılara müraciət edərək onlara səfirliklə əlaqə saxlaması barədə xəbərdarlıq edib.
***
"Reuters"in yaydığı son məlumata görə, terror aktında yaralanaraq xəstəxanaya çatdırılanların sayı 59 nəfərdir.

Qeyd edək ki, bu, 2005-ci ildə Londonda baş verən və 52 nəfərin ölümü ilə nəticələnən terrordan sonra İngiltərədə meydana gələn ikinci ən qanlı hadisədir.

interposta.info


İngiltərədə stadionda partlayış:
İngiltərədə stadionda partlayış:
İngiltərədə stadionda partlayış:
İngiltərədə stadionda partlayış:
İngiltərədə stadionda partlayış:
İngiltərədə stadionda partlayış:
İngiltərədə stadionda partlayış:
İngiltərədə stadionda partlayış:
İngiltərədə stadionda partlayış:
İngiltərədə stadionda partlayış:
İngiltərədə stadionda partlayış:
İngiltərədə stadionda partlayış:
İngiltərədə stadionda partlayış:
İngiltərədə stadionda partlayış:
İngiltərədə stadionda partlayış:
İngiltərədə stadionda partlayış:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26