Interposta.Info

Kürdlər Suriyanın Aralıq dənizi sahillərinə göz dikiblər - ABŞ-a güvənc iştah qabardıb

Dünya
 15-05-2017, 13:33     715

Terrorçu YPG-nin nümayəndəsi əsasən ərəb və türkmənlərin yaşadığı əraziləri kürdlərin təbii haqqı adlandırıb

Suriya kürdləri Rakkanı ələ keçirdikdlən sonra üzlərini Aralıq dənizinə və neftlə zəngin Deyr-əz Zora çevirmək niyyətindədirlər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, kürdlərin bununla bağlı planları Şimali Suriya Federasiyası adlanan təşkilatın həmsədri Hadiyə Yusifn Britaniyanın “Observer” jurnalına verdiyi müsahibədə ortaya çıxıb.

Bu gün federasiya Suriyanın dörddə bir hissəsinə nəzarət edir. Onun silahlı qanadı YPG və YPJ (qadınlardan ibarət dəstələr) ABŞ-ın İŞİD-lə mübarizəsində əsas gücü hesab olunur.

Hadiyə Yusif Rakkanın alınmasının zaman məsələsi olduğunu, lakin kürldərin təkcə bununla kifayətlənməyəcəyini söyləyib.
“Aralıq dənizinə qədər getmək bizim qanuni haqqımızdır. Bu bizim Şimali Suriya layihəsi üzrə planımızın tərkib hissəsidir”, -Yusif söyləyib. Lakin kürdlərin Aralıq dənizinə doğru yürüşlərinin önündə həm mötədil müxalifət tərəfindən nəzarət edilən Hələb və İdlib kimi vilayətlərin rayonları, həm də Bəşər Əsəd qüvvələrinin dayağı olan Latakiya vilayəti durur.
Kürdlər Suriyanın Aralıq dənizi sahillərinə göz dikiblər -  ABŞ-a güvənc iştah qabardıb


Doğrudur, hələ ki, İŞİD-dən fərqli olaraq YPG ilə Əsəd qüvvələri arasında ciddi toqquşma qeydə alınmayıb. Hətta bəzi vilayətlərdə (məsələn, Hələb kimi) bölgəyə nəzarət Əsəd ordusu ilə kürd silahlıları birlikdə həyata keçirilir.

Lakin Suriya kürdlərinin arxasında duran ABŞ onların hətta iqtisadi sferada olsa da, Bəşər Əsədlə əməkdaşlığını istəmr. Hadiyə Yusif də Aralıq dənizinə doğru irəliləyişlərində məhz ABŞ-a güvənərək hərəkət etdiklərini gizlətmir.

Kürdlərin ələ keçirmək istədiyi torpaqlarda isə ümumiyyətlə həmin etnik toplumun yaşadığı balaca bir məskən belə yoxdur. İdlibdə sünni ərəblər, Latakiyada isə ələvi ərəblər və türkmənlər yaşayır.

Kürd terror qruplaşmaları isə bu torpaqları İŞİD-dən “azad etmək” adı altında əslində onları ələ keçirərək kürdləşdirməyi planlayır.

İstər mülayim demokrat, istərsə də “Cəbhət əl-Nüsrə” kimi radikal cərəyanlara mənsub olmasından asılı olmayaraq İdlibdə kürdlərin gəlişindən ötrü “ürəyi gedən” yoxdur. Əsədin doğma Latakiya vilayətində isə heç bir “azad olunma”dan söhbət gedə bilməz. Bu vilayət Rusiya aviasiyasının köməyi ilə Suriya ordusu tərəfindən möhkəm qorunur.

Yusifin sözlərinə görə, kürdlərin ələ keçrmək istədiyi digər istiqamət Fərat çayı üzərindəki Deyr-əz Zor şəhəridir. Şəhərin böyük bir qisminə İŞİD nəzarət etsə də, Suriya hökumət qoşunları orada kiçik anklavı tutmağa müvəffəq olublar.
İŞİD dəfələrlə həmin anklavı ələ keçirməyə cəhd edib, buna müəffəq ola bilməyib. Lakin mühasirə altında qalan əhali kürldərin gəlməsini istəmir.
Kürdlər Suriyanın Aralıq dənizi sahillərinə göz dikiblər -  ABŞ-a güvənc iştah qabardıb


Hadiyə Yusif Deyr əz Zoru da ələ keçirdikdən sonra buranı Şimali Suriya Federasiyasının tərkibinə qatacaqlarını bildirib.
Siyasi müşahidəçilərin rəyinə görə, əgər kürdlər Deyr əz Zoru da işğal etsələr o zaman bütün Suriya nefti onların əlinə keçəcək. Kürdlər artıq ölkənin şimal şərqində neftlə zəngin Rumeylan şəhərinə nəzarət edirlər.

Bütün bu səbəblərdən kürd silahlıları Suriyada əldə olunan yeni barışıq anlaşmasından məmnun görünmürlər.
Hadiyə Yusif Astanadakı memorandumdan narazı qaldıqlarını açıqca bəyan edib.

Onların fikrincə, Suriyada döyüşlərin intensivliyinin azalması fonunda Suriya hökuməti artıq diqqətini iştahı qabaran kürd silahlılarına çevirə bilər.

Terrorçu PKK-ya mənsub “Kürdüstan icma birliyi” təşkilatının icraiyyə heyətinin üzvü Rza Altun Rusiya və Türkiyəni Suriya kürdlərinə qarşı birlikdə hərəkət etməkdə ittiham edib.

Lakin maraqlıdır ki, YPG tərəfindən nəzarət edilən Afrin şəhərində rus hərbçiləri ilə YPG-lilər qol-boyun gəzirlər....

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26