Interposta.Info

Türkiyə ilə Suriya razılığa gəlsə, kürdlərin heç bir şansı qalmır —

Dünya
 26-01-2017, 17:46     568

Türkiyə ilə Suriya razılığa gəlsə, kürdlərin heç bir şansı qalmır —

Suriya probleminin həlli çərçivəsində Astanada keçirilən görüşlərdə müxaliflərə təklif edilən qanun layihəsinin detalları üzə çıxıb

Qanun layihəsinə görə, Suriya Ərəb Respublikasının adı dəyişdirilib Suriya Respublikası olacaq. Layihədə kürdlərə yerli özünüidarə üsulunun verilməsi nəzərdə tutulub. Bu isə kürdləri razı salmayıb.

Yüksək muxtariyyət tələb edən kürdlər bu layihəni qəbul etməyiblər.

interposta.info xəbər verir ki, Rusiyanın təklif etdiyi qanun layihəsi barədə politoloq Zərdüşt Əlizadə Ölkə.Az-a danışıb:

"Təklif edilən qanun layihəsində yerli özünüidarə etmə statusu veriləcək, ancaq kürdlərə istədikləri muxtariyyət verilməyəcək. Buna görə də kürdlər narazı qalıblar. Ona görə də, bu qanun layihəsini tanımırlar. Bu layihə Türkiyə ilə Rusiyanın anlaşmasıdır ki, kürdlərə muxtariyyət verilməsin. Kürdlərin sadəcə yerli özünüdarəetmə orqanı olsun.

Bu bir layihədir. Hər halda Rusiya bu layihəni təqdim edəndə Türkiyənin istəyini nəzərə alıb. Kürdlər bu layihəni tanımırlar, ancaq onların da əlində böyük imkan yoxdur. Digər münaqişə tərəfləri razılığa gəlsə, kürdlər azlıqda qalacaqlar. Suriyada qanlı münaqişə gedir. Kürdlər də Suriya münaqişəsinin iştirakçılarından biri kimi iddialarını ortaya qoyublar. Digər tərəflər razılığa gəlsə, onlar təklənə bilər və onları əzə bilərlər. Kürdlərin gücü Suriya dövlətinə və ərəblərə çatmaz. Türkiyə ilə Suriya razılığa gəlsə, kürdlərin heç bir şansı qalmır".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26