Interposta.Info

Ərdoğan ABŞ-ı Suriya kürdlərinə silah yardımını davam etdirməkdə günahlandırıb

Dünya
 6-01-2018, 00:35     10 465

Birləşmiş Ştatlar Suriya kürdlərinə (YPG) hərbi yardım göstərməyi davam etdirir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə fransalı həmkarı Emmanuel Makron ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Təəssüf ki, NATO üzrə dostumuz ABŞ hələ də, terrorçuları (YPG) silahla təchiz etməkdə davam edir. Bu, bizim narahatçılığımıza səbəb olur… Biz Suriyanın şimalında Aralıq dənizinə çıxışı olan terror dəhlizinin yaradılmasına imkan verməyəcəyik. Biz belə bir təhlükə yaranacağı təqdirdə əlimizdən gələni edəcəyik", — deyə Türkiyə prezidenti bildirib.

O, həmçinin yenidən Bəşər Əsədin gələcək seçkilərdə iştirakına qarşı çıxıb.

"Suriyaya demokratik seçkilər lazımdır. Türkiyə buna köməklik göstərməyə hazırdır", - deyə o əlavə edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26