Türkiyə buna izn verməyəcək -

Türkiyə terror təşkilatlarına öz sərhədlərinə yaxın ərazidə hökmranlıq etməsinə izn verməyəcək.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Atlantik Şurasının İstanbulda keçirilən illik 8-ci sammitində çıxışı zamanı söyləyib.
“Ankara Suriyanın şimalında dövlət yaratmaq cəhdlərini cavabsız qoymayacaq. Biz Suriyanın parçalanmasına qarşıyıq. Türkiyə terrorizmlə mübarizədə müttəfiqlərinin dəstəyinə ümid edir. Hazırda Yaxın Şərq xaosun astanasındadır”, - deyə o bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26