Interposta.Info

İclas çağırıldı -

Dünya
 19-04-2017, 14:21     502

Türkiyənin "Gunes shipping" şirkəti Qara dənizdə operatoru olduğu "Qeroi Arsenala" yük gəmisinin batması şəraitini araşdırır.

interposta.info xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə şirkətdən məlumat verilib.

Şirkət əməkdaşı bildirib: "Qeroi Arsenala" - bizim gəmidir. Biz qəzanın baş vermə və səbəblərini araşdırırıq. Hazırda bu qəza ilə bağlı iclas gedir".

Qeyd edək ki, “Qeroi Arsenala” yük daşıyan gəmisi Qara dənizdə qəzaya uğrayıb.

İlkin məlumata görə, yük gəmisi Rostov vilayətindən Türkiyəyə buğda aparırmış.

Batan gəminin göyərtəsində 8 Rusiya, 3 Ukrayna və 1 Gürcüstan vətəndaşının olduğu bildirilir. Onlardan yalnız bir nəfərin həyatını xilas etmək mümkün olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26