Qara dənizdə batan azərbaycanlılardan birinin meyiti tapıldı

Ötən gün Türkiyənin Samsun şəhərindən 130 kilometr məsafədə - Qara dənizdə Panama bayrağı ilə üzən yük gəmisinin batması nəticəsində itkin düşən 6 nəfərdən 2-sinin cəsədi tapılıb.
Meyiti tapılanlar 41 yaşlı Azərbaycan vətəndaşı Məmmədəli İbrahimov və 31 yaşlı Ukrayna vətəndaşı Ruslan Bodnikdir.
Qeyd edək ki, 13 nəfərlik heyətin 7-si qəzadan sağ xilas edilib. Hələ də itkin olan şəxslərin adlarını təqdim edirik:
Gəminin kapitanı Azərbaycan əsilli Turbat İsmayılov (47 yaş), Ukrayna əsilli Rostislav Vyazovski (38 yaş), Dmitri Krepets (32 yaş), Vladimir Ovdiienko (22 yaş)/qaynarinfo
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26