Interposta.Info

Pirşağı çimərliyində batan gənclərdən birinin meyiti tapılıb- FOTO

Ölkə
 19-07-2019, 10:39     10 589

Pirşağı çimərliyində dənizdə batan gənclərdən birinin meyiti tapılıb.

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, bu, Abşeron rayon Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Məlumata görə, rayonun Məmmədli kənd sakinləri olan 8 gənc Pirşağı çimərliyində batmaq təhlükəsi ilə üzləşib. Ətrafdakıların köməyi ilə gənclərdən 6 nəfəri sudan çıxarılıb, 2-si isə batıb.

Xilasedicilər tərəfindən dənizdə batan digər gəncin meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.

***

Bakının Pirşağı qəsəbəsi çimərliyində 2 nəfər dənizdə batıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Abşeron rayonunun Məmmədli kəndindən olan gənclər dənizə yollanıblar.

Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb. Hazırda onların axtarışı davam edir.

İnterPosta.info

Pirşağı çimərliyində batan gənclərdən birinin meyiti tapılıb- FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26