Interposta.Info

Rusiya hərbi gəmisi toqquşdu:

Dünya
 27-04-2017, 17:05     473

Qara dənizdə Rusiyanın hərbi gəmisi yük daşıma gəmisi ilə toqquşub.

Axar.az xəbər verir ki, hadisə Qara dənizdə, Türkiyənin daxili sularında baş verib. Toqquşmadan sonra Türkiyə tərəfi gəmidən 45 rus hərbçisini xilas edib.

***

Rusiya Müdafiə nazirliyi Qara dəniz donanmasına aid “Liman” adlı araşdırma gəmisinin İstanbul boğazından 40 kilometr şimal-qərbində hələlik hansı ölkəyə mənsub olduğu bilinməyən Aşot-7 adlı gəmiylə toqquşduğunu açıqlayıb. “Liman” gəmisinin əsgərlərinin ziyan çəkmədiyi bildirilir.

Toqquşma zamanı yük gəmisinin batdığı, hərbi gəminin isə aldığı zərbədən yan yatdığı bildirilib.

***

Rusiya Müdafiə Nazirliyi 15 əsgərinin itkin düşdüyü barədə yayılan məlumatı təkzib etdi və hərbi gəmidə olan 78 nəfər şəxsi heyətin hamısının təxliyə olunduğunu açıqladı.

Qəzanın baş verdiyi ərazidə qatı duman var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26