Interposta.Info

Rusiya rəsmən son nöqtəni qoydu:

Dünya
 15-03-2017, 07:28     578

Misirdə xüsusi qüvvələrimiz yoxdur.

Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

Qeyd edək ki, Rusiyanın Misirin Sidi Barani bazasına öz hərbçilərini yerləşdirdiyi barədə məlumat yayılıb. Onların Misirə Liviya hərbi komandiri Xəlifə Xaftara dəstək üçün gəldiyi iddia edilib. Misir ordusu isə rəsmən yayılan məlumatları təkzib edib.

Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Vladimir Cabarov da yayılan məlumatları təkzib edərək Rusiyanın öz hərbçilərini Misirə yollamadığını bildirib./axar.az

 

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26