Interposta.Info

Rusiya İsrailə sorğu verdi: Niyə bombaladınız? –

Dünya
 9-04-2018, 13:21     10 448

Rusiya müdafiə və diplomatik kanallar vasitəsilə İsraildən Suriya hərbi bazasına endirdiyi zərbələrin səbəblərini öyrənməyə çalışır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin sədr müavini, Federal Təhlükəsizlik Xidmətinin generalı Vladimir Cabbarov deyib.

“Müəyyən etmək lazımdır ki, İsraili bu addımı atmağa nə məcbur edib. Bəlkə ona kimsə təzyiq edib? Rusiya artıq bununla bağlı İsrailə sorğu göndərib. Əgər İsrail ABŞ tərəfindən bu işə təhrik edilibsə, o zaman bu addım Təl-Əvivin bizimlə münasibətlərində çox şeyi dağıdacaq”, – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26