Interposta.Info

Rusiya bu ölkədə gizli şəkildə əsgər yerləşdirdi

Dünya
 19-03-2017, 19:51     889

Rusiya Misirə gizli şəkildə xüsusi təyinatlı qüvvələr yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ və Misirdən olan mənbələr məlumat yayıb.

Belə ki, 22 rus hərbçinin və PUA-ların Misir-Liviya sərhədindən 100 km uzaqlıqda yerləşən Sidi Barrani qəsəbəsinə yerləşdirildiyi bildirilib.

Misir ordusunun sözçüsü isə sözügedən xəbəri təkzib edərək, ölkə ərazisində heç bir əcnəbi əsgərlərin olmadığını vurğulayıb.

Qeyd edək ki, bəzi iddialara görə Kreml hazırda qeyri-sabitliyin hökm sürdüyü Liviyada komandan Xəlifə Haftara dəstək vermək üçün belə addım atıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26