Interposta.Info

DÇ 2018: Rusiya Misirə qalib gəldi

İdman
 20-06-2018, 00:04     10 437

Bu gün dünya çempionatında ilk tura yekun vuruldu.

Musavat.com-un xəbərinə görə, günün əvvəlində H qrupunda iki oyun keçirilib. Beləliklə dünya çempionatının ilk turu başa çatıb.

Əvvəlcə meydana Kolumbiya və Yaponiya milliləri çıxıb. Daha sonra Polşa Seneqalla qarşılaşıb.

Hazırda A qrupunda 2-ci tura start verilib. Meydan sahibləri Rusiya millisi Misirlə qarşılaşıb.

Qeyd edək ki, Ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlmişdi. Məhəmməd Salahın çıxış etdiyi Misir yığması isə Uruqvaya 0:1 hesanı ilə uduzmuşdu.

Onu da bildirək ki, Rusiya-Misir matçını idarə edən hakimlər arasında türkiyəli hakim Cüneyt Çakır da var.

****

22:00. Rusiya - Misir - 3:0 (İkinci hissə)
Qollar: Fathi, 47-avtoqol (1:0), Çerışev, 59 (2:0), Dzyuba, 62 (3:0), Məhəmməd Salah 42' (3:1)
Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26