Interposta.Info

Konaşenkov: "Həsən bu şəhəri tamamilə azad etdi"

Dünya
 15-10-2017, 07:39     10 394

Suriya ordusu Mayadində İŞİD üzvlərinin məhv edilməsinə yönəlik əməliyyatı başa çatdırıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

Konaşenkov şəhərin tamamilə azad edildiyini bəyan edib: "Suriya ordusu Mayadin şəhərindəki İŞİD-çilərin məhv edilməsi üçün apardığı əməliyyatı başa çatdırıb. General-mayor Süheyl Həsənin komandanlığı altındakı ordu birlikləri terrorçuların mərkəz və cənub yerlərindəki şiddətli müqavimətini qıraraq, şəhəri tamamilə xilas etdi".

Konaşenkov Həsənin başçılıq etdiyi birliklərin hazırda da Rusiya Hava-Kosmik Qüvvələrinin dəstəyi ilə irəliləməyə davam etdiyini qeyd edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26