Rusiya Baş Qərargahı: Suriya İŞİD-dən tam azad edilib
Suriya ərazisi İŞİD terror təşkilatının silahlılarından tamamilə azad edilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeriy Qerasimov bəyan edib.
“İŞİD-ın Suriyada bütün dəstələri məhv edilib, ölkə ərazisi terrorçulardan təmizlənib. Müdafiə naziri Sergey Şoyqu bu axşam prezident Vladimir Putini bu barədə məlumatlandırıb”, deyə V.Qerasimov bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26