Interposta.Info

İran XİN Britaniyaya məxsus gəmini saxlaması ilə bağlı məlumatları təkzib edib

Siyasət
 11-07-2019, 18:06     10 345

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İranın Britaniyaya məxsus “British Heritage” gəmisinin Hörmüz boğazında saxlaması ilə bağlı yayılan məlumatları təkzib edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

“Onların iddiası gərginliyin artırılmasına yönəlib. Bu açıqlamalar mənasızdır”, - deyə İranın Xarici işlər naziri bildirib.

Qeyd edək ki, bu günlərdə Böyük Britaniya hərbi gəmiləri tərəfindən Cəbəllütariq boğazında İrana məxsus neft tankeri saxlanılıb. İran prezidenti Böyük Britaniyanın bu addımının cavabsız qalmayacağını da vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26